Bu qidalardan uzaq durun!

Bu qidalardan uzaq durun!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hazır əriştə ümumiyyətlə əvvəlcədən bişirilir və qurudulur. Yeməkdən əvvəl isti suya qoyulur. Fərqli markalar arasında qidalanma dəyişikliyi olsa da, ümumiyyətlə eynidir. Kalori, lif və zülal azdır, lakin kifayət qədər yağ, karbohidrat və sodyum vardır.
Həmin əriştələr qida və lif baxımından keyfiyyətsizdir və şəkər, fruktoza, süni maddələr və təmizlənmiş karbohidratlarla zəngindir. İşlənmiş qidaların istehlakı xroniki iltihab və insulin davamsızlığına, müxtəlif ciddi xəstəliklərə, həddindən artıq yeməyə və asılılığa səbəb olur.

Niyə zərərlidir?
Bunun səbəbi az miqdarda qida maddəsi və Mono Sodyum Glutamat ehtiva etməsidir. Mono Sodyum Glutamat qidanın ləzzətini beyin tərəfindən ləzzətli kimi qəbul etməyə imkan verir. Buna görə qida şirkətləri, pis dad verən bütün qidalara bir çox Mono Sodyum Glutamat əlavə edirlər. MSG bir nörotoksindir. Beləliklə sinir hüceyrələrinə zərər verir. Göz sağlamlığının pozulması, piylənmə, böyümə hormonunun dayandırılması, diabet, qaraciyər və böyrək zədələnməsi kimi bir çox xəstəliklərlə üz-üzə qoyur.

Türk dilindən tərcümə edən: Ramil Qəhrəmanov