Bu ölkədə yeni nəsil heç vaxt siqaret ala bilməyəcək

Bu ölkədə yeni nəsil heç vaxt siqaret ala bilməyəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Yeni Zelandiya hökuməti gələcək nəslin siqaret çəkməməsi üçün çox mühüm addım atıb. 

Yeni qanuna əsasən, yaşı 14-dən az olanlar həyatlarının heç bir vaxtında tütün məmulatı ala bilməyəcəklər.

Məlumata görə, yeni plana əsasən, tütün məmulatlarındakı nikotinin miqdarı da azaldılacaq.

Ölkənin səhiyyə nazirinin müavini Dr. Ayeşanın sözlərinə görə, bu qanun siqaretsiz Yeni Zelandiya nəsli yaratmağa hesablanıb. Bunun üçün qanuni siqaret çəkmə yaşı hər il artırılacaq.

“Bu gün xalqımızın sağlamlığı üçün tarixi bir gündür. Biz gənclərin heç vaxt siqaretə başlamamasını təmin etmək istəyirik. Ona görə də biz onlara tütün məmulatı satmağı və ya tədarük etməyi cinayət hesab edəcəyik”, – deyə nazir müavini qeyd edib./qafqazinfo