Bu mexanizmlə gözdən əngəllilər istədikləri yerə gedəcək

Bu mexanizmlə gözdən əngəllilər istədikləri yerə gedəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yaponiyada gözdən əngəllilər üçün elektron mexanizm hazırlanıb.

Ayaqqabıya taxılan mexanizm gözdən əlillərin heç kimə ehtiyac olmadan istədikləri yerə getmələrini təmin edir.

Yaponiyada bir sahibkar yol qəzasında görmə əngəlli qohumunu itirir. Bu hadisədən sonra təşəbbüskar gözdən əlillərin kimsənin köməyi olmadan yollarını necə tapa biləcəyi üzərində işləyir və ayaqqabılara yerləşdirilən elektron bir mexanizm inkişaf etdirir.

Görmə əngəlli elektron cihaza hara gedəcəyini söyləyir və ayaqqabısına taxıb yola çıxır. Mexanizm görmə məhdudiyyəti olan insana ayaqlarına verdiyi titrəmələrlə rəhbərlik edir və səhv istiqamətə gedərkən xəbərdarlıq edir.

Qeyd edək ki, Yaponiyanın Oftalmologiya Cəmiyyəti ölkədə zəif görən insanların sayının 2030-cu ilə qədər 2 milyona çatacağını təxmin edir.

lent.az