Bu gün “Yel Çərşənbəsi” qeyd olunur

Bu gün “Yel Çərşənbəsi” qeyd olunur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Azərbaycanlılar və Novruz qeyd edən ölkələrin xalqaları “Yel Çərşənbəsi” qeyd olunur.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü sayılır.

Üçüncü çərşənbə digərlərindən bəzi xüsusiyyətlərinə görə seçilir. Məhz bu çərşənbə günü evlərdə təmizlik işlərinə başlanılır. Xanımlar evlərdəki yorğan-döşəyi havaya atır və onların təzə gələn bahar nəfəsi ilə yenilənməsini, çıxan günəşin təsiri ilə daha da təmizlənməsini istəyirlər. Həmçinin, evlərdə hər tərəf təmizlənir, xalça-palazlar çırpılır, qab-qacaqlar, şüşələr, pəncərələr silinir.

Ümumiyyətlə, insanlar küləyin onlara xoş təəssüratlar gətirəcəyinə inanırlar.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.

Sonuncu – Torpaq çərşənbəsi martın 16-da olacaq.