Bu gün imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür

Bu gün imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün hicri-qəməri tarixi ilə şəvval ayının 8-dir. Bu tarix 1344-cü hicri-qəməri və 1925-ci miladi tatixində vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin cinayətləri sırasında yer alır.

Təqribən 100 il əvvəl belə bir gündə Əbdül-Əziz bin Səudun qüvvələri – radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
Onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə-yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İma Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər. Radikal sələfilər bu qəbirləri şirkə və küfrə səbəb olduqlarına görə dağıtdıqlarını bildiriblər.

Xatırladaq ki, Bəqi qəbiristanlığında imamların məqbərələrinin radikal sələfilər tərəfindən dağıdılması tarixdə iki dəfə – miladi tarixi ilə 1800 və 1923-cü illərdə baş verib. Hazırda bu qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.

نگاهی به تاریخ قبرستان بقیع به بهانه سالروز تخریب آن

Bildiyimiz kimi, Bəqi qəbiristanlığı Mədinə şəhərində Məscidün-Nəbinin qarşısında yerləşir. “Bəqi” ərəb dilindən tərcümədə “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Müqəddəsliyinə görə bura Cənnətül-Bəqi də deyirlər. Bəqi qəbiristanlığı İslamdan əvvəldə Yəsrib camaatının qəbiristanlığı idi. Burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmül-Gülsüm, Zeynəb, Ruqəyyə, Ühüd döyüşündə şəhid olanlar və digər səhabələr – o cümlədən, Abdullah ibn Məsud, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib, Həzrət Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyd, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunmuşdur.

Bu məkanda Peyğəmbərin (s) nəvəsi: İmam Həsən (ə), İmam Səcccad (ə), İmam Muhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin (ə) qəbirləri yerləşir.

Hakimiyyətlər  tərəfindən tikilən Bəqi qəbiristanlığı ilk dəfə hicrətin 519-cu ilində Xəlifə Müstənsir-Billah tərəfindən, sonra tarixi Qəznəvilər dövlətinin hökmdarı Sultan Mahmud Qəznəvi, daha sonra 18-ci əsrin sonlarında və nəhayət Osmanlı xilafəti dövründə – 19 əsrin əvvəllərində yenidən tikilərək abadlaşdırılıb. İmamların qəbirlərinin üzərində günbəz və məscidlərin tikilməsi isə hicrətin 495-ci ilinə təsadüf edir.

Bu gün imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür
Tarixən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib.

Birinci dəfə 1800-cü ildə (hicri 1221-ci il) vəhhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra əhalini kütləvi qətlə yetirdilər. Peyğəmbərin (s) qəbrini qarət etdikdən sonra Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi.

Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli paşaya Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir.

İkinci dəfə isə hicri 1925-ci ildə (hicri 1344-cü il şəvval ayının 8-i ) ibn Səud yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir.

Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları da silah gücünə Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar.

Hazırda da həmin qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.

Bu gün imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür

İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi dəfələrlə qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, qəbirlərin bərpa edilməsini tələb edir.

 

iqna.ir