Bu adamın əlində orta oynaqlar yoxdur

Bu adamın əlində orta oynaqlar yoxdur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Barmaqlarınızda orta oynaqlar olmadan özünüzü təsəvvür edə bilərsiniz? Həyatınızın nə dərəcədə çətinləşəcəyini anlatmağa ehtiyac yoxdur. Barmaqlar bükülmədən heç yazı yazmaq belə, mümkün deyil.

oxuinfo.com BIG.AZ’a istinadla verir ki, “JayFayad” ləqəbli “Reddit” istifadəçisi oynaqsız barmaqlarının fotosunu paylaşaraq keçirdiyi narahatlıqdan yazıb:

 

 

“Prinsipcə, hər şeyin öhdəsindən gələ bilirəm. Kompüterin “siçan”ını rahat işlətsəm də, qələmlə, yaxud klaviaturayla yazmaq çox çətin olur. Turşu bankalarını da asanlıqla açıram. Ən xoşagəlməz şey isə möhkəm tuta bilmədiyim qələmin əlimdən düşməsidir. Adi əli olan bir insanın nə hiss etdiyini bilmirəm, ona görə bu vəziyyət mənim üçün tamamilə normal görünür”.

Bu adamın əlində orta oynaqlar YOXDUR - FOTO

Oğlan uşaqlıqda yaşadığı xoşagəlməz hadisəni də digər istifadəçilərlə paylaşıb:

“7 yaşımda beysbol oynayırdım və məşqçi çubuğu “normal” tutmağımı tələb edərək üstümə qışqırıb barmaqlarımı sıxdı. Çox ağrıtmışdı”.

Qeyd edək ki, sümük inkişafına təsir edən bu nadir irsi xəstəlik simfalangizm adlanır.