Braziliyada təbii fəlakət qurbanlarının sayı dayanmadan artır

Braziliyada təbii fəlakət qurbanlarının sayı dayanmadan artır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Braziliyanın Rio-de-Janeyro ştatının Petropolis şəhərində güclü yağışlar nəticəsində ölənlərin sayı 104-ə çatıb. Onlardan səkkizi uşaqdır.

Daha əvvəl 94 nəfərin öldüyü bildirilirdi. 50-dən çox ev dağılıb.

Bundan əvvəl mülki müdafiə xidmətlərinin 24 nəfəri xilas edə bildiyi barədə məlumat verilmişdi. 35 nəfər itkin düşüb.

Çərşənbə axşamı yağan güclü yağış torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.

Rio-de-Janeyro qubernatoru Klaudio Kastro bölgəyə yağan yağışın 1932-ci ildən bəri ən güclü yağış olduğunu deyib./oxu