Brayl əlifbası ilə yazılmış ilk kamil Quran Tunisdə çap ediləcək

Brayl əlifbası ilə yazılmış ilk kamil Quran Tunisdə çap ediləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tunisin dini işlər naziri İbrahim əl-Şaibi cümə axşamı, fevralın 3-də Əbsar Cəmiyyətinin Quran-ı Kərim Çap Mərkəzində olub. Qalun rəvayəti ilə bu ölkədə ilk dəfə çap edilən Brayl Quran haqqında ona məlumat verilib.

O, deyib ki, bu Quranlar korların Qurani-Kərimi oxumasına kömək etmək üçün ehtiyacı olan qurum və şəxslərə pulsuz paylanacaq.

Şaibi, Qurani-Kərimin bütün cüzlərinin çapını başa çatdırmaq üçün Qurani-Kərimin Baş İdarəsinə səlahiyyət verib.

Tunis Dini İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Qurani-Kərimə xidmət etmək və korların Allah Kəlamını oxumasını asanlaşdırmaq üçün Qalunun rəvayəti ilə Quranın 30-cu cüzünü Brayl əlifbası ilə nəşr etdirib./iqna