Böyük Çin səddinin bir hissəsi dağılıb - FOTO

Böyük Çin səddinin bir hissəsi dağılıb – FOTO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Böyük Çin səddinin təxminən iki metr uzunluğunda olan hissəsi zəlzələdən sonra uçub.

Təbii fəlakət Çinin şimal-qərbindəki Çinxay əyalətində baş verib. Zəlzələnin maqnitudası 6,9 bal, episentri isə dağıntı yerindən 114 kilometr aralıda olub. Artıq mütəxəssislər təmir-bərpa işlərinə başlayıblar.

Zəlzələ əhalinin az məskunlaşdığı ərazidə baş verib, lakin yeraltı təkanlar bir neçə böyük şəhərdə hiss olunub.

Hadisə nəticəsində doqquz nəfər xəsarət alıb. Ölənlər barədə məlumat verilməyib.

 

Mənbə: Global Times