Böyrəklərdə daş yaradan 5 ərzaq

Böyrəklərdə daş yaradan 5 ərzaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hər bir ölkədə böyrək xəstəliklərinin 20%-i böyrək və sidik kisə daşları tutur. Hər 100 min nəfərin 18%-də ömründə 1-2 dəfə sidik sistemində daşlar yaranır. Əgər böyrəklərdə bir dəfə daş yarandısa, yenidən yaranma ehtimalı hər 10 ildən bir artır.

Rusiyalı məşhur həkim Aleksandr Myasnikov böyrəklərdə daşı hansı faktorların yaratdığını açıqlayıb.

Daha çox piylənmə, diabet, sidik yollarının infeksion xəstəliyi olan, sidik turşusu çox olan, qalxanvari vəzin problemlərində və az su içən insanlarda daş yaranır.

O, daş yaradan 5 qidanı da açıqlayıb:

Duzlu yemək, şoraba, duz – qidada nə qədər çox natrium olardsa, o qədər çox kalsiy yuyulub çıxır. Bu da nəticədə böyrəklərdə süzülə bilməyən kalsiumdan daşların yaranması deməkdir.
Böyrəkdəki daşların 70%-i elə kalsi daşlarıdır.

Ət, daha çox mal əti 
– ət zülalı sidik turşusunun miqdarını artırır, sidikdə kalsini çoxaldır, bu da daşlara çevrilir. Daha çox kişilərdə böyrək daşlarının səbəbi də elə ət çox yemələrindədir.

İspanaq, bəzi göyərtilər, kərəviz – oksalat daşları yaradır. Çox yedikdə sidik turşusu artır.

Alkoqol və qazlı içkilər – onlarda olan fosfor turşusu sidik yollarında dəyişiklik yaradır, xroniki böyrək daşı xəstəliyinə səbəb olur.
Portağal şirəsi, itburnu şirəsi və çayı isə böyrək daşının yaranmasına qarşıdır.