Bosniyanın tarixi məscidində "Şəhid Azançı" məzarının sirri

Bosniyanın tarixi məscidində “Şəhid Azançı” məzarının sirri

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bosniyanın Trebinje şəhərinin tarixi “Üçüncü Sultan Əhməd” məscidinin yanında qədim bir su çeşməsi və başdaşlarının yazısı olmayan kiçik bir qəbiristanlıq var.

Çay sahilində yerləşərən bu adsız qəbirlərin arasında və “Ətiq” (ya, “Üçüncü Sultan Əhməd” və ya “imperator”) məscidinin tam yaxınlığında sirli bir məzar da var ki, adına “Şəhid Azançı” məqbərəsi deyilir.

“Ətiq” (ya, “Üçüncü Sultan Əhməd” və ya “imperator”) məscidi 1719-cu ildə Osman Paşa Rəsulbegioviçin təşəbbüsü ilə “Sultan Əhməd”in adına tikilib.

Məscidin inşasından az bir müddət keçəndən sonra Osman Paşa imperatorun qəzəbinə gəlir və həbs edilərək İstambula göndərilir. Günahı isə bu idi ki, guya Bosniyada İstambuldakı Sultan məscidindən daha böyük bir məscidi öz adına tikdirmiş və namaz xütbələrində öz adını oxutdurmuşdu.

Sultan Əhməd bu günaha görə onun və 9 oğlunun edam edilməsi hökmünü verir. Omsan Paşa oğlanlarını bu edamdan xilas edə biləsə də özü 1729-cu ildə İstambulda edam edilir.

Bu məscidi Xorvatiyanın Dubrovnik şəhərinin sənətkarları kvadrat şəkilində oyulmuş və yonulmuş daşlardan istifadə edərək tikiblər. Məscidin daş minarəsinin hündürlüyü 12 metrdir və məscidin sağında yerləşir.

Trebinje şəhərinin tarixi məscidinin yanında qədim bir su çeşməsi və başdaşlarının yazısı olmayan kiçik bir qəbiristanlıq var.

Çay sahilində yerləşərən bu adsız qəbirlərin arasında və “Ətiq” (ya, “Üçüncü Sultan Əhməd” və ya “imperator”) məscidinin tam yaxınlığında sirli bir məzar da var ki, adına “Şəhid Azançı” məqbərəsi deyilir.

Bəzi rəvayətlərə görə bu qəbir məscidin xoşavazlı azançısının səsidir. Azan verən zaman minarədən yıxılaraq ölüb.

Başqa bir rəvayətə görə isə Veneziyalı islamofobların məscidə hücum edərək məscidi yandırdıqları və qətliam törətdikləri zaman bir nəfər müsəlman onların əlindən qaçıb özünü çaya atır. Çaydan çıxdıqda isə ağır yaralandığı üçün burada həyatını itirir və dəfn edilir.

Bəziləri də deyir ki, bu qəbir Osman Paşanın qəbiridir ki, edam edildikdən sonra cəsədi gizlində bura gətirilib və dəfn edilib.

Hər halda bütün rəvayətlərdə sirli məzar “şəhid azançı” adlanır ki, məscidin müdafiəsində həyatını itirib.

Qeyd edək ki, sonuncu müharibədən öncə Trebinje şəhərində 10 mindən çox müsəlman yaşayıb. Hazırda isə 30 min serbin arasında mindən az sayda müsəlman yaşayır.

Sultan Əhməd məscidi də serblərin cinayətləri sırasında tamamilə məhv edilmiş məscidlərdən biridir ki, 2014-cü ildə yenidən təmir və bərpa edilib.

iqna.ir