BOLNİSİDƏ “MƏBƏS” BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

BOLNİSİDƏ “MƏBƏS” BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com xəbərverir ki, bu gün (12.03.2021) Bolnisinin Zolgüvəc kənd məscidinin tədbir zalında Hz. Məhəmməd Peyğəmbərin (s) “Məbəs” bayramı (Peyğəmbərliyə yetişdiyi gün) münasibəti ilə bayram tədbiri keçirilib.
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri, Zolgüvəc və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.
Mərasimin aparıcısı Bolnisinin baş axundu Hacı İfrət Əhmədov Quran tilavətindən sonra qonaqları salamlayıb çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib.
Sonra kürsüyə Şərqi Gürcüstan müftisinin bölgə nümayəndəsi Bəxtiyar Tanrıverdiyev, Gürcüstanın dəyərli ruhanilərindən olan Hacı Mahir Məmmədov və başqaları dəvət edilib. Çıxış edən ruhanilər və qonaqlar Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) insani keyfiyyətlərindən, nümunəvi həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi örnəklərdən və tapşırdığı əmanətlərdən söhbət açaraq, Onun ümməti hesab olunan müsəlmanların O Həzrəti düzgün öyrənib söz və davranışları ilə düzgün təmsil etmələrinin vacibliyindən danışıblar.
Bayram süfrəsi ətrafında keçirilən mərasimdə əhli-beyt məddahı Kərbəlayi Səid Həsən və Məşədi Famil Hüseynov şeir və ilahi eşqi tərənnüm edən ilahilər ifa edib.