BOLNİSİDƏ İMAM RZANIN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

BOLNİSİDƏ İMAM RZANIN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Bu gün Bolnisinin Faxralı kəndində İmamət səmasinın 8-ci parlaq ulduzu İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.
Məscidin həyətində təşkil olunan mərasimdə din, elm və ictimaiyyət xadimləri, yerli kənd əhalisi ilə yanaşı ətraf kəndlərdən inanclı müsəlmanlar iştirak edib.
Bolnisidə fəaliyyət göstərən din xadimi Kərbəlayi Elçin Daşdanovun aparıcılığı və giriş sözü ilə başlayan mərasim Quran qarisi Məşədi Vidadi Qurbanovun Qurani-Kərimdən bir neçə ayəni tilavəti ilə açıq elan olunub.
Sonra Bolnisi rayonunun baş axundu Hacı İfrət Əhmədov və Bolnisinin müftisi Adil Nəbiyev qonaqları salamlayaraq İmam Rza (ə) məqamı və əhlibeyti sevmənin önəmi və fəziləti haqqında danışıb.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə mərasim iştirakçılarını salamlayaraq təbriklərini çatdırdırıb. O, İmam Rzanın (ə) ömürün nəyə sərf olunması haqda olan hədisə əsaslanaraq insan həyatında ən dəyərli olan ömrün səmərəli keçməsi üçün yaşam tərzinin keyfiyyətindən danışıb.
Daha sonra İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi, Faxralı məktəbinin müəllimi Səyyad Allahverdiyev və başqaları çıxış ediblər.
Bayram süfrəsi ətrafında keçirilən mərasim Əhlibeyt məddahı Səid Həsən oxuduğu şeir və ilahilərlə xoş əhval ruhiyyədə davam edib.
Nəhayət tədbir İmam Zaman (əc.) duası ilə sona çatıb.