Bir banka multivitamini əvəz edən 7 QİDA Növü hansılardır?

Bir banka multivitamini əvəz edən 7 QİDA Növü hansılardır?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Orqanizmin bütün sistemlərinin normal fəaliyyəti üçün 2 cür qidalandırıcı maddələr lazımdır: mikronutriyentlər və makronutriyentlər.
Makroya zülal, yağlar və karbohidratlar aiddir.
Mikro isə vitaminlər minerallardır, hazırki qidalarla onları əldə etmək çətindir.
Ona görə də həkimlər uşaqdan tutmuş böyüklərə kimi hamıya əlavıə BAD-lar, vitamin preparatları təyin edirlər.
Alimlər bildirir ki, bu ərzaqların gündə 1-2 porsiyası gündəlik vitamin təminatını 90% ödəyir.
Bu 7 qida hansıdır?
1. Kələmin bütün növləri: brokkoli, ağ, qırmızı kələm – K, C, kalsiy, maqniy, A vitamini, B6, dəmir, marqansla zəngindir. Gündə 100 qram təzə kələm salatı yemək kifayətdir.
2. Mal əti – 100 qramında B 3, B 2 vitaminlərinin 30%-i, B6, B 12, eləcə sümük əzələ sisteminə lazım olan zülal və minerallar vardır.
Əgər insan gündə 100 qram ət yeməzsə, anemiya, qanazlığı yaranır, dəri, saçlar, dırnaqlar korlanır.
3. Dəniz yosunu – yod çatışmazlığı, qalxanvari vəzin funksiyası üçün bu super qida mütləq rasionda olmalıdır. Məsələn, 1 qram kombu 2300 mkq yod var. Bu isə sutkalıq normadan çoxdur. Ona görə dəniz yosununu həftədə 1-2 dəfə qəbul etmək lazımdır. Yaponlar və çinlilər bu qidanı çox yeyir.
4. Mal qaraciyəri – Heyvanın ən qidalı hissəsidir. B 12 vitamini. Dəmir, fol turşusu, A vitamini ilə zəngindir. İmmun sistemi gücləndirir
Qaraciyəri də həftədə 2 dəfədən artıq yemək olmaz.
5. Göy-göyərti, yaşıl yarpaqlılar
Liflidir, antioksidant təsir edir, C vitamini, B6, B9, K vitamini ilə zəngindir. Hamilələr və yaşlılar göyərtini hər gün yeməlidir.
6. Qoz
100 qr qoz və ya fındıqda B1 vitamini sutkalıq tələbatın 45%-i, niasin 10%-i, B6,B5,B9 vitaminlərinin 25%-i, 100 qram badamda A, E vitaminləri çoxdur. Qoz xərçəngin qarşısını alır.
7. Yumurta
Planetin ən lazımlı qidasıdır. Əti,südü əvəz edir. D vitamini mənbəyidir. Bir ədəd yumurtada A, B5, B12, B9. D vitaminləri, fol turşusu, kalsiy, maqniy, selen vardır. Yumurtada olan xolin – B4 vitamini hüceyrələr arası membranın qurulmasında iştirak edir.