Beynəlxalq reqular uçuşlara məhdidiyyətlər 31 iyula qədər uzadıldı

Beynəlxalq reqular uçuşlara məhdidiyyətlər 31 iyula qədər uzadıldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstan Mülki Aviasiya Agentliyi yolçuların nəzərinə bəyanat yayır. Bəyanatda qeyd olunduğu kimi, beynəlxalq reqular uçuşlara məhdidiyyətlər 31 iyula qədər uzadıldı.

“Bildirmək istəyirik ki, beynəlxalq reqular hava gediş-gəlişinə olan məhdudiyyətlərin müddəti uzadıldı və 2020-ci il 31 iyula qədər sürəcək. Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi Gürcüstan istiqamətinə reqular reysləri həyata keçirən şirkətləri artıq məlumatlandırdı.

Reqular hava gediş-gəlişinin bərpası barəsində qərar dünyada və Gürcüstanda epideiologiya durumunu nəzərə alınaraq qəbul olunacaq. Vətəndaşlara müraciət edirik ki, istinilən istiqamət üzrə biletlərin əldə edilməsindən tərəddüd etsinlər.

Bundan bəşqa, bildirmək istəyirik ki, reqular hava gediş-gəlişinin bərpasına qədər, bir neçə istiqamət üzrə çarter reyslərinin həyata keçirilməsi davam etdiriləcək”, – Gürcüstan Mülki Aviasiya Agentliyinin bəyanatında deyilir. /1tv.ge/