Beyin implantı 60 yaşlı qadına görmə qabiliyyətini geri qaytarıb

Beyin implantı 60 yaşlı qadına görmə qabiliyyətini geri qaytarıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Uzunmüddətli təcrübə çərçivəsində beynəlxalq alimlər komandası görmə qabiliyyətini itirmiş pasientin qismən görməsini bərpa edə biliblər.

Bunun üçün mütəxəssislər beyin qabığına inteqrasiya edilmiş xüsusi implantdan istifadə ediblər. Sözügedən təcrübə amerikalı və ispaniyalı mütəxəssislər tərəfindən həyata keçirilib. Aparılmış qəliz neyrocərrahiyyə əməliyyatı zamanı mütəxəssislər 60 yaşlı Berna Gomez adlı qadının beyninə mikroelektrodları inteqrasiya ediblər. Moran | Corvitis adlı bu beyin implantı görmə qabığı ilə birbaşa kontakt yaradıb. Qeyd etmək lazımdır ki, beyin implantı xüsusi kameralar ilə təchiz olunmuş eynək ilə sinxronlaşdırılıb.

Beyin implantı 60 yaşlı qadına görmə qabiliyyətini geri qaytarıb

Bu beyin implantının çalışma prinsipi isə belədir: Beyin implantı fosfenləri (gözə işığın təsiri olmadan yaranan görmə hissiyatı) yaradaraq neyronları stimullaşdırır. Həmin fosfenlər ağ işıq nöqtələri kimi qəbul edilir və onların hesabına görüntü yaranır. Qadın pasientin əməliyyat sonrası bərpasına və bu implantdan istifadənin öyrədilməsinə 6 ay vaxt sərf olunub. 6 aydan sonra qadın pasient hərfləri, xətt sərhədlərini və digər obyektləri görməyə başlayıb. Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün mütəxəssislər həmçinin xüsusi proqram təminatını da hazırlayıblar. Həmin proqram təminatı oyunu xatırladır və öz nöbəsində pasientə yeni görmə hissiyatlarına öyrəşmək imkanını verib./technote