Bəşər tarixinin ən pis ili - SƏBƏB

Bəşər tarixinin ən pis ili – SƏBƏB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İnsanın şəxsi həyatında pis dövrlər ola bilər. Lakin bəzi illər bütün bəşəriyyət üçün ağır olub.

Son illərdə iyul-avqust aylarında baş verən istilər minlərlə insanın ölümünə səbəb olub. Üstəgəl təbii fəlakətlər.

1349-cu ildə taun 25 milyon avropalının həyatına son qoyub. 1918-ci ildə ispan qripi 100 milyonadək insanı o biri dünyaya yollayıb. Amma nədənsə Harvard Universitetinin əməkdaşları ən pis dövr kimi 536-cı ili götürülər. Bəs 536-cı ildə nə baş vermişdi?

Həmin il Qaranlıq dövr adlanır. O zaman naməlum səbəbdən 18 ay ərzində Avropa, yaxın Şərq və Asiyanın bir hissəsini 18 ay ərzində bulud örtmüşdü. Bunun nəticəsində havalar kəskin soyudu. Yayın ortasında Çinə qar yağdı. Məhsuldarlıq aşağı olduğu üçün dünyada kütləvi aclıq baş verdi.

Hadisənin səbəbini avropalı alimlər tapıb. Alp dağlarından götürülmüş buz nümunələrində vulkan qalıqları aşkarlanıb. Bu qalıqlar digər Avropa ölkələrindəki ilə eynidir və hamısının mənşəyi birdir: İslandiya.

540 və 547-ci illərdə də Avropa vulkan püskürmələrinin fəsadları ilə üzləşdi./lent