Bəhreyndə bir ildə 30 min nəfərə Quran öyrədildi

Bəhreyndə bir ildə 30 min nəfərə Quran öyrədildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tehran (IQNA) –  Bəhreyndə ötən bir il ərzində (2020) koronavirs səbəbi ilə virtual keçirilən dərslərdə 30 min şagirdə müxtəlif səviyyələrdə Quran dərsləri keçirilib.

Bu barədə Bəhreynin İslami İşlər və Fondlar Nazirliyinin nəzdində fəaliyyət göstərən Quran İdarəsi məlumat verib.

Bəhreynin rəsmi lisenziya ilə fəaliyyət göstərən Quran Hifzi Mərkəzləri 2020-ci ilin Noyabr ayının sonunadək 286 Quran təlimi kursları təşkil ediblər. Bu mərkəzlərdə fəaliyyət göstərən 300 könüllü müəllim (rəsmi şəkildə Quran tədrisi ilə məşğul olan müəllimlərin 93 faizi) 30 min şagirdə dərs deyib.

Bəhreynin İslami İşlər və Fondlar Nazirliyinin nəzdində fəaliyyət göstərən Quran İdarəsi Quran qariləri və hafizləri üçün beynəlxalq Quran yarışlarına hazırlıq müsabiqələri də təşkil edib. Bu proqram çərçivəsində 2020-ci ildə Bəhreyndə 30 Quran yarışı təşkil edilib ki, bunlardan 19-u virtual keçirilib.