AzTV və "Azərtac"ın əməkdaşları minaya düşərək həlak oldu

AzTV və “Azərtac”ın əməkdaşları minaya düşərək həlak oldu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.

Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!”, – məlumatda vurğulanıb.

AzTV-nin hadisə ilə bağlı yaydığı süjetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndində qeydə alınıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü Emin Məmmədov və kənd sakini yaralanıb.