Ayətullah Xamenei İran vaksini ilə peyvənd olundu

Ayətullah Xamenei İran vaksini ilə peyvənd olundu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İranlı gənc tədqiqatçı və alimlərin səylərinin məhsulu olan peyvənd bu yaxınlarda lisenziya alıb və İran dünyada korona peyvəndi istehsal edən altı ölkədən biri olub.

Peyvənd vurulduqdan sonra İran İslam İnqilabının Ali lideri Həzrət Ayətullahül-üzma Seyid Əli Xamenei ölkələrini öz bilikləri, təcrübələri və elmi və praktik səyləri ilə qürurlandıran bütün insanlara təşəkkür edib:

“Hörmətli Səhiyyə nazirinə və ölkənin bütün səhiyyə işçilərinə, bu işdə rolu olan həmkarlara təşəkkür edirəm. Əvvəlcə İrana aid olmayan peyvəndi istifadə etmək istəmədim, ona görə İran peyvəndini gözləyəcəyimi dedim. Niyə bu milli şərəfə hörmət etməməliyik və ölkəgə bir profilaktika və müalicə ehtimalı olduğu müddətdə niyə istifadə etməyək? Əlbəttə, lazım olduqda İran peyvəndi ilə birlikdə xarici peyvəndlərin istifadəsi bir problem deyil, amma İran peyvəndinə və bu peyvəndin istehsalında çalışqan və fəal olan bütün gənc alimlərə hörmət etməliyik”.

iqna.ir