Ayətullah Xamenei fələstinli gəncələrə müraciət etdi

Ayətullah Xamenei fələstinli gəncələrə müraciət etdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
“Ərəb gənclərinə bir az da öz dillərində danışmaq istəyirəm:
Bismilləhir-Rəhmənir-Rəhim.
Salam olsun bütün ərəb azadələrinə, xüsusilə gənclərə, müqavimətli Fələstin və Qüds xalqına, Məscidül-Əqsanın gözətçilərinə. Salam olsun Müqavimət şəhidlərinə və bu yolda canlarını fəda etmiş mücahidlərdən ibarət böyük bir dəstəyə, xüsusən, səmərəli və bərəkətli həyatından sonra öz şəhadəti ilə müqavimət fəzasına mühüm təsir göstərmiş şəhid Şeyx Əhməd Yasin, şəhid Seyid Abbas Musəvi, şəhid Fəthi Şiqaqi şəhid İmad Muğniyə, şəhid Əbdüləziz Rəntisi, şəhid Əbu Mehdi Mühəndisi və nəhayət, müqavimət şəhidlərinin parlaq siması şəhid Qasim Süleymaniyə.
Fələstinlilərin cihadı və Müqavimət şəhidlərinin pak qanı bu mübarək bayrağı dalğalandırmağı bacardı və Fələstin cihadının daxili gücünü yüzlərlə qat artırdı; Fələstinli gənc bir gün daş atmaqla özünü müdafiə etdi. Bu gün isə düşmənə dəqiq raket zərbəsi ilə cavab verir.
Fələstin və Qüds Qurani-Məcidddə “Müqəddəs Torpaq” adlandırılır. On illərdir ki, bu pak torpaq bəşəriyyətin ən murdar və xəbis bir qismi tərəfindən işğal edilmişdir. Bu şeytanlar şərafətli insanlara qan utdurub qanlarını tökür, sonra da onu həyasızcasına etiraf edirlər. Yetmiş ildən çoxdur ki, irqpərəstlər torpaq sahiblərini qətl, qarət, həbs və işgəncələrə məruz qoymuşlar, lakin Allaha şükürlər olsun ki, onların iradələrini qıra bilməmişlər.
Fələstin yaşayır və cihadı davam etdirir. Nəhayət, Allahın köməyi ilə xəbis düşməni məğlub etməyi də bacaracaq. Müqəddəs Qüds və bütün Fələstin onun xalqına məxsusdur və inşallah, onlara qayıdacaqdır:
وَمَا ذَلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ
“Bu, Allaha çətin deyil.” (“İbrahim” / 20.)
Fələstin məsələsində bütün müsəlman dövlətləri və xalqlarının vəzifəsi var və məsuliyyət daşıyırlar, lakin bu gün bu cihadın mehvəri fələstinlilərin özləridir. Onlar bu torpağın daxili və xaricində, təxminən, on dörd milyon nəfərdir. Bu cəmiyyətin birliyi və birgə qətiyyəti böyük bir işə imza atacaq. Bu gün fələstinlilərin ən böyük silahı birlikdir.
Fələstin birliyinin düşmənləri Sionist rejim, Amerika və digər siyasi güclərdir. Lakin Fələstin cəmiyyəti daxildən parçalanmasa, xarici düşmənlər heç bir iş görə bilməyəcəklər. Bu birliyin oxu daxili cihad və düşmənlərə etimadsızlıq olmalıdır. Fələstinlilərin əsas düşməni, yəni Amerika, İngiltərə və xəbis sionistlər Fələstin siyasətinin dayağına çevrilməməlidir.
Fələstinlilər – istər Qəzzada, istər Qüdsdə və Qərb sahilində, istərsə də 1948-ci ildəki ərazilərdə və hətta düşərgələrdə – hamılıqla birlik təşkil etməli və birlik strategiyası həyata keçirməlidirlər; hər dəstə digər dəstələri müdafiə etməli və onlara təzyiq göstərdikləri zaman öz əllərindəki vasitələrdən istifadə etməlidirlər.
Bu gün qələbə ümidi həmişəkindən daha çoxdur. Güc tarazlığı fələstinlilərin xeyrinə xeyli dəyişmişdir. Sionist düşmən ildən-ilə daha da zəifləyir. Özünü “heç vaxt məğlub olmayacaq bir ordu” adlandıran sionist ordusu bu gün Livanda 33 günlük, Qəzzada 22 və 8 günlük döyüş təcrübəsindən sonra “zəfər rəngi görməyəcək” bir orduya çevrilib.
İki ildə dörd seçki ilə nəticələnən siyasi durumu, ardıcıl olaraq məğlubiyyətə uğrayan təhlükəsizliyi və yəhudilərin mühaciəti geri almaq istəklərinin artması bu iddialı rejimin tənəzzülünü göstərir. Amerikanın köməyi sayəsində bir neçə ərəb ölkəsi ilə münasibətlərin adiləşdirilməsinə yönəldilmiş ardıcıl cəhdi də bu rejimin zəifliyinin başqa bir göstəricisidir. Əlbəttə, bunun da ona faydası olmayacaq.
On illərlə bundan qabaq Misirlə rabitə quruldu. Həmin gündən bu vaxta qədər sionist rejim çox zərbə alıb və zəifləyib. Belə bir vəziyyətdə bir neçə zəif ölkə ilə rabitə qurmaq ona kömək edəcəkmi?! Təbii ki, o ölkələr də bu rabitədən faydalanmayacaq. Düşmən sionist rejim həmin ölkələrin torpağına, sərvətinə əl uzadacaq, həmin ölkələrdə fəsad və təhlükəni artıracaq.
Əlbəttə ki, bu həqiqət başqalarının bu hərəkat qarşısında ağır vəzifəsini unutdurmamalıdır. Müsəlman və məsihi alimləri işğalçı rejimlə rabitələrin adiləşdirilməsini şərən haram elan etməli, ziyalılar və azadlıqsevər insanlar fələstinlilərə arxadan xəncər zərbəsi olan bu xəyanəti hamıya izah etməlidir.
Sionist rejimin tənəzzülü kənarında Müqavimət Cəbhəsinin imkanlarının artması parlaq gələcəyin müjdəsidir. Müdafiə və hərbi gücün artması, güclü silahların ölkədə istehsal olunması, mücahidlərin özünə etimadı, gənclərin hər gün artan agahlığı, Müqavimət çevrəsinin bütün Fələstin və Fələstinin kənarlarını əhatə etməsi, gənclərin Məscidül-Əqsanın müdafiəsində son hərəkatı və Fələstin xalqının cihadı və məzlumiyyətinin yanaşı inikası dünyanın bir çox regionlarında ictimai rəyə təsir edir.
Fələstinlilərin mübarizə məntiqi İslam Respublikası tərəfindən BMT-nin sənədlərində qeydə alınıb. Bu, mütərəqqi və cazibəli məntiqdir. Fələstinli mübarizlər bütün Fələstin sakinləri arasında referendum keçirə bilər. Həmin referendum ölkənin siyasi quruluşunu təyin edir və bu referendumda hər millət və dindən olan, o cümlədən, qaçqın fələstinlilər iştirak edəcək. Bu siyasi quruluş köçkünləri geri qaytarar, biganələrin taleyi həll olunar.
Bu tələb dünyada qəbul olunmuş demokratiyaya əsaslanır. Onun mütərəqqi olmasını kimsə şübhə altına ala bilməz. Fələstinli mücahidlər işğalçı rejimlə öz qanuni və əxlaqi mübarizəsini o qədər davam etdirməlidir ki, bu tələbləri qəbul etməyə məcbur olsunlar.
Allahın adı ilə irəli hərəkət edin və bilin ki: “Allah Ona (Onun dininə) yardım edənlərə, əlbəttə ki, yardım edər.” (“Həcc” / 40.)
Vəssəlamu ələykum və rəhmətullah.
İqna.ir
Ayətullah Xamenei fələstinli gəncələrə müraciət etdi
Ayətullah Xamenei fələstinli gəncələrə müraciət etdi
Ayətullah Xamenei fələstinli gəncələrə müraciət etdi
Ayətullah Xamenei fələstinli gəncələrə müraciət etdi