Avstraliyada insan sivilizasiyasının məhvolma səbəblərini yaddaşına yazacaq qara qutu quraşdırılacaq

Avstraliyada insan sivilizasiyasının məhvolma səbəblərini yaddaşına yazacaq qara qutu quraşdırılacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avstraliyanın dağlarla əhatə olunmuş qranit düzənliyində polad materialdan hazırlanmış nəhəng qutu yerləşdiriləcək. Əgər kimsə gələcəkdə onu aşkar edib, daxilindəki məlumatları deşifrələyə bilsə, həmin şəxs insan sivilizasiyasının çöküşünün hansı səbəblərdən baş verdiyini öyrənə biləcək. Bu, Yer kürəsinin qara qutusu hesab edilir. Verilmiş məlumata əsasən Tasmaniya Universitetinin tədqiqatçıları “Earth’s Black Box” adlı layihəyə start veriblər. Bu layihə çərçivəsində tədqiqatçılar 2022-ci ilin sonuna kimi Tasmaniyanın qərb sahilində müəyyən məlumatları təyin edərək yaddaşına yaza biləcək nəhəng qara qutu quraşdırmağı planlaşdırırlar. Quraşdırılacaq qara qutunun əsas məqsədi isə insan sivilizasiyasının son onillikləri barəsində olan məlumatları yaddaşına yazmaq olacaq. Bu, ola biləcək qlobal iqlim böhranı və insan sivilizasiyasının məhvi fonunda reallaşdırılan layihədir. Ümumilikdə qara qutu öz yaddaşına 2 kateqoriyaya ayrılmış məlumatları yazacaq:

– Quraqlıqda və dənizdə temperaturun, okeandakı turşuluq səviyyəsinin, atmosferdə CO2 miqdarının ölçülməsi, canlı növlərinin məhv olmalarının, torpaq resurslarından istifadə dəyişikliklərinin, əhali sayının, hərbi xərclərin və enerji istehlakı səviyyəsinin təyini.

– Qəzet başlıqları, sosial şəbəkələrdəki mesajlar və iqlim dəyişikliyi ilə bağlı BMT konfransı (COP) kimi vacib tədbirlər barəsində xəbərlər haqqında məlumatların yığılması.

    Qara qutu məlumatları zaman üzrə həm əks həm də irəli istiqamətdə öz yaddaşına yazacaq. Bu üsul ilə qara qutu iqlim dəyişikliyi ilə bağlı internetdə mövcud bütün mümkün tarixi məlumatları əldə edərək insan sivilizasiyasının necə bu cür acınacaqlı vəziyyətə gəlib çıxdığını sənədləşdirəcək. Qara qutunun inşasına gələn ilin ortalarında start veriləcək. Lakin buna baxmayaraq onun tərkib hissəsinə daxil olacaq yaddaş mexanizmləri noyabr ayında Qlazqoda iqlim dəyişikliyi üzrə keçirilmiş COP26 adlı konfransdan başlayaraq artıq lazımi məlumatları əldə etməyə başlayıblar. Tədqiqatçıların hesablamalarına əsasən məlumatların sıxışdırılması və arxivləşdirilməsi heabına qara qutunun daxili yaddaş həcmi növbəti 30-50 il ərzində lazımi məlumatları əldə etməyə kifayət edəcək./technote