Avropa ölkələrini növbəti quş qripi dalğası bürüyüb.
Bu barədə Almaniyanın Fridrix Leffler İnstitutu (FLI) məlumat yayıb.
İnstitutdan bildirilib ki, hazırda Avropada xəstəliyin tarixi ərzində onun ən güclü dalğası tüğyan edir.
“Bütün dünyada, xüsusən də Avropada geniş ictimaiyyətin xəbəri olmadan dəhşətli faciə baş verir. Minlərlə quş ölür. İnfeksiya əsasən çöl quşları tərəfindən yayılır. Finlandiyadan Farer adalarına və İrlandiyaya, Rusiyadan Portuqaliyaya qədər hər gün quş qripi epidemiyası qeydə alınır. Bədbin xəbərlər həmçinin Kanada, Hindistan və Şərqi Asiyadan da gəlir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, hazırkı epidemiyada H5N1 quş qripi virusu üstünlük təşkil edir. Lakin H5N8 variantına da az miqdarda da olsa rast gəlinir./oxu