Avropa dövlətləri karantin qadağalarını ləğv edir

Avropa dövlətləri karantin qadağalarını ləğv edir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İsveç dünəndən etibarən COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edib və koronavirus testlərinin dayandırıldığını açıqlayıb.

İctimai Səhiyyə Agentliyinin rəhbəri Karin Teqmark Uisell bildirib ki, bu gündən ölkədə COVID-19-lə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Onun sözlərinə görə, dövlət xərcə görə COVID-19 testlərini dayandırıb:

“Həftəlik COVID-19 testləri dövlətə 55 milyon dollara, aylıq xərc isə 220 milyon dollara başa gəlirdi, buna görə də koronavirus testlərinə son qoyduq”.

Bu gündən etibarən yalnız tibb işçiləri pulsuz koronavirus testi verə biləcək.

Digər tərəfdən, İsveç Avropa İttifaqı ölkələrindən istədiyi rəqəmsal səyahət kartı, peyvənd sertifikatı və ya test kimi bütün tədbirlərə də bu gündən etibarən son qoyub.

Eyni zamanda Finlandiyada da fevralın 14-dən etibarən koronavirusa görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır, martın 1-dən isə ləğv edilir.

Skandinaviya ölkəsi Danimarka fevralın 1-dən məhdudiyyətləri ləğv edib, Norveç də fevralın 19-dan koronavirusa görə müəyyən edilən qadağalara son qoyacaq.

Mənbə: Anadolu