Arıqlamaq istəyənlər üçün səhər yeməyi

Arıqlamaq istəyənlər üçün səhər yeməyi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Əlavə çəki itirməyə çalışan insanın səhər yeməyi bir neçə vacib komponentdən ibarət olmalıdır”.

Bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzi”nin həkimi, qidalanma mütəxəssisi Tatyana Strelnikovanın

“Komsomolskaya Pravda” qəzetindəki məqaləsində yer alır.

Onun sözlərinə görə, səhər yeməyinin əsasını protein təşkil etməlidir.

“Bu hüceyrələr üçün tikinti materialıdır və uzun müddət toxluq hissi yaradır. Yumurta, kəsmik, ağ pendir, təbii yoqurt, azca duzlanmış qızıl balıq səhər yeməyi üçün idealdır. Süd məhsulları seçərkən məhsulun yağlılıq nisbətini nəzərə almalısınız. Səhər yeməyində pendirə üstünlük verilirsə, tərkibində trans yağları olmayan ağ pendir alın”.

Həkim əlavə edib ki, səhər yeməyi zamanı zeytun yağı istifadə etmək daha yaxşıdır: “İçki kimi təzə hazırlanmış qəhvə və ya bitki çayını seçin”.

pravda.az