AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli hesab edir

AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli hesab edir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşdırmaq mümkün deyil. Böyük texnoloji şirkətlərin bizim real dünyamıza artırılmış və virtural reallıq texnologiyalarını tədricən inteqrasiya etmələri ilə adi istifadəçilər üçün risklər daha da böyüyürlər. AR texnologiyanın (Artırılmış Reallıq) yaradıcılarındna biri olan Louis Rosenberg bu məsələdə insanların böyük zərər çəkə biləcəkləri barəsində xəbərdarlıq edib. Elmi və biznes sahələrdə məşhur olan tədqiqatçı və sahibkar Louis Rosenberg Unanimous A.I. adlı şirkətin rəhbəri vəzifəsində çalışır. 1992-ci ildə isə Rosenberg-in yaratmış olduğu texnologiyalar əsasında Virtual Fixtures adlı ilk AR sistem təqdim edilmişdi. Həmin AR sistem ABŞ-ın Hərbi Hava Qüvvələrinin pilotlarının məşqləri üçün nəzərdə tutulmuşdu. Rosenberg-in fikrincə metakainat istifadəçilər üçün istənilən sosial şəbəkədən daha təhlükəli ola bilər.

    Onun fikrincə artırılmış reallığın və ümumilikdə metakainatın məqsədi virtual kontentin daha təbii formada təqdim edilməsidir. Bu isə o deməkdir ki, AR sistem istifadəçinin şüurundakı mümkün sərhədləri pozaraq və onun gündəlik təcrübələrini təhrif edərək reallıq hissini dəyişə bilər. “Şəxsən mən bunu qorxuducu hesab edirəm. Çünki artırılmış reallıq cəmiyyətin bütün fundamental özəlliklərini dəyişir və bu dəyişiklik heç də həmişə yaxşıya doğru getmir” – deyə Rosenberg qeyd edib. Onun fikrincə yaxın gələcəkdə artırılmış reallıq gündəlik həyatın bütün sahələrində ayrılmaz hissəyə çevriləcək və o, media sahəsindəki platformaların bu cür sistemlərdən istifadə edə bilmələrindən narahatdır. Rosenberg-in sözlərinə əsasən sosial medialar istifadəçi kütləsinin nəyi görə biləcəklərini filtrdən keçirtməklə artıq indidən reallığı dəyişə bilmək gücünə sahibdirlər.

“Fakt ondan ibarətdir ki, biz indi daha təhlükəli zamanda yaşayırıq və artırılmış reallıq mövcud olan təhlükə səviyyəsini bizim daha öncə görmədiyimiz daha üst səviyyəyə yüksəltmək potensialına sahibdir” – deyə Rosenberg əlavə edib. O xəbərdarlıq edib ki, artırılmış reallığın bizim həyatımıza inteqrasiyası faktiki olaraq bir istiqamətə olan biletdir. Virtual problemlərdən azad olmaq üçün isə virtual cihazdan istifadəni dayandırmaaq kifayət etməyəcək. Bu isə o deməkdir ki, adi istifadəçi sosial, iqtisadi və intellektual sahələrdəki üstünlüklərini tez bir zamanda itirəcək. Bununla belə Rosenberg bu cür texnologiyaların müsbət tərəflərinin olduğunu da inkar etmir. Onun sözlərinə əsasən bu cür texnologiyaların vasitəsilə həkimlər əməliyyatların öhdəsindən daha tez və rahat gələ, inşaatçılar, mühəndislər, alimlər və digərləri öz sahələrində daha üst səviyyəyə yüksələ biləcəklər. Əyləncə və təhsil sahələrində isə əsl inqilab baş verəcək. Bununla belə Rosenberg hamını diqqətli olmağa çağırır. Belə ki, bu cür texnologiyalar cəmiyyəti iki hissəyə ayıra bilər./technote