Android 12-nin ilk beta versiyasını əldə edəcək smartfonlar məlum olub

Android 12-nin ilk beta versiyasını əldə edəcək smartfonlar məlum olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

   Android 12-nin təqdim olunmasından sonra onun ilk beta versiyası Google Pixel smartfonları üçün aktiv oldu. Lakin yaxın zamanda digər brend smartfonların istifadəçiləri də yeni əməliyyat sistemini test edə biləcəklər. Artıq hansı kənar brend smartfonların ilk Android 12 beta versiyasını əldə edəcəkləri məlum olub. Hər il olduğu kimi Android 12-nin ilk beta versiyasını ilk öncə Google Pixel smartfonları əldə edirlər. Bu il də istisna olmayıb. Android 12-nin ilk beta versiyasını əldə edən Pixel modelləri aşağıdakı kimidir:

– Pixel 3a, Pixel 3a XL

– Pixel 4, Pixel 4 XL

– Pixel 4a, Pixel 4a 5G

– Pixel 5.

    Sözügedən Pixel modellərinin istifadəçiləri beta test proqramı üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan sonra bu smartfonların istifadəçiləri əməliyyat sisteminin avtomatik yenilənməsi imkanını əldə edəcəklər. Əvvəlki illərdə olduğu kimi kənar brendlərin smartfonları da yeni əməliyyat sisteminin ilk beta versiyasını əldə edəcəklər. Hal hazırda təsdiqlənmiş smartfonlar aşağıdakı kimidir:

– Asus ZenFone 8

– iQOO 7 Legend

– OnePlus 9, OnePlus 9 Pro

– OPPO Find X3 Pro

– Realme GT

– Nokia X20

– Xiaomi Mi 11, Mi 11 Ultra, Mi 11i, Mi 11X Pro

– Redmi K40 Pro

– ZTE Axon 30 Ultra 5G.

    OnePlus və Realme smartfonları üçün ilk beta versiya bugün aktiv olacaq. Siyahıda qeyd olunmuş Xiaomi smartfonlarının istifadəçiləri isə onu artıq yükləyə bilərlər. Digər modellərin isə ilk beta versiyanı nə zaman əldə edəcəkləri barəsində məlumat verilməyib.

technote.az