Amerikalı bloqqer öz Tesla Model S elektromobilini 3 ədəd reaktiv mühərrik ilə sürətləndirib (VİDEO)

Amerikalı bloqqer öz Tesla Model S elektromobilini 3 ədəd reaktiv mühərrik ilə sürətləndirib (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Keçən il Elon Musk SpaceX-in reaktiv mühərriklərinə sahib Tesla Roadster idman elektromobilini təqdim edəcəyinə söz vermişdi. Lakin Warped Perception adlı Youtube kanalının müəllifi bunun nə zaman baş verəcəyini gözləmədən fərdi reaktiv elektromobilini düzəldib. Bunun üçün o özünün Tesla Model S elektromobilini 3 ədəd reaktiv mühərrik ilə təchiz edib. Bloqqer bildirib ki, onun reaktiv mühərrik sistemi 1 dədiqə ərzində 4.5-7 litr hidrodizel yanacağı yandırır. 3 ədəd reaktiv mühərrikə sahib elektromobilin ilk testi adi yolda reallaşdırılıb.

Bloqqer öz elektromobilinin arxasında hansısa digər avtomobilin olmadığına əmin olandan sonra reaktiv mühərrikləri işə salıb. Nəticədə onlardan biri sıradan çıxıb. Lakin buna baxmayaraq yerdə qalmış 2 reaktiv mühərrik də elektromobilin sürətlənməsinə yardımçı olub. Belə ki, 2 ədəd reaktiv mühərrik sayəsində elektromobil demək olar özünün elektromühərriklərini işə salmadan saatda 100 km sürətə çata bilib. Lakin 3 reaktiv mühərrikin istifadəsi öz növbəsində elektromobilin saatda 100 km sürət yığmasına sərf etdiyi zamanı 1 saniyə aşağı endirib./technote