Almaniyanın orta məktəblərində İslam dini tədris ediləcək

Almaniyanın orta məktəblərində İslam dini tədris ediləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Almaniyanın Bayren əyalətinin 350 orta təhsil məktəbində İslami dini fənni şagirdlərinin iştirakının könüllü, sərbəst və ixtiyari olması şərti ilə tədris ediləcək.

Almaniyanın ən böyük əyalətlərindən biri olan Bayren əyalətinin yerli hakimiyyəti İslam dini dərsinin tədris edilməsinin lazımlı olduğunu vurğulayıb.

İslam dini məktəbdə adi fənlərdən biri kimi tədris ediləcək. Bu dərsdə şagirdlər dini məsələlər və əxlaqi dəyərlər öyrənəcəklər.

Qeyd edək ki, Almaniyanın Bayren (Bavariya) əyalətində bu kimi məsələlərdə (İslam dininin öyrədilməsinin zəruriliyi layihəsi) qərar vermək yerli dövlətin ixtiyarındadır. /iqna/