Almaniyada müsəlmanların sayı 5,6 milyon nəfərə çatdı

Almaniyada müsəlmanların sayı 5,6 milyon nəfərə çatdı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Deutsche Welle”də yayımlanan məlumata görə, Almaniya əhalisinin təxminən 6,5%-ni müsəlmanlar təşkil edir. Üstəlik, onların, demək olar ki, yarısı Almaniya vətəndaşlarıdır.

Bu barədə Almaniyanın miqrasiya və qaçqınların işi üzrə federal qurumu məlumat verib.

Ölkədə 5,3-5,6 milyon müsəlman yaşayır və bu rəqəm 5 il öncəki rəqəmdən 1 milyon çoxdur.

Araşdırmalar göstərir ki, hazırda müsəlmanlar Almaniya cəmiyyətinin 6,4-6,7 faizini təşkil edir.

Ölkədəki müsəlmanların – 45%-i Türkiyədən gələnlər və onların övladlarıdır; 27%-i Yaxın Şərq və Şimali Afrika əsilli; 20%-i isə Cənub-Şərqi Avropa əsillidir.

İqna.ir