Almaniyada azanı tənqid edənlərə görkəmli islamşünasın cavabı

Almaniyada azanı tənqid edənlərə görkəmli islamşünasın cavabı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Almaniyanın Erlangen şəhərində tanınmış hüquqşünas və islamşünas Qəntərə saytında dərc olunan qeyddə bütün tənqidlərə cavab verib.

O yazıb: “Kölndəki Böyük Məsciddən azan səsinin pilot yayımı böyük etirazla üzləşib. İfrat sağçı qruplar alman cəmiyyətini inandırmaq istəyirlər ki, islamçılar Köln məscidindən azan səslənməsini istəyirlər. Bir halda ki, Köln şəhərinin rəsmiləri, özləri Köln məscidindən azan səsinin yayımlanmasına icazə veriblər.

Köln bələdiyyə rəsmilərinin bildirdiyinə görə, məscid pilot layihə zamanı günorta 12-dən 15:00-a qədər azan səsini maksimum beş dəqiqə ucadan səsləndirə biləcək. Bu, Almaniya konstitusiyasında təsbit olunmuş dini etiqad azadlığı prinsipinə uyğun olaraq həyata keçirilir. Ancaq bəziləri həssaslıq və anlaşılmazlıq yaratmaqla Köln vətəndaşlarının gözündə müsəlmanları və məscidləri salmaq istəyirlər.

Ona görə də konstitusiyada din azadlığı prinsipinə istinad etmək əvəzinə, qanunun başqa bir prinsipini ortaya qoyurlar. O qanunda dini qruplara camaatı və ya məhəllə sakinlərini narahat etməkdən çəkinmək barədə xəbərdarlıq edilir.

Məsələn, poliklinika və xəstəxanaların yaxınlığında azan oxunmamalıdır. Amma iş gününün ortasında cəmi 5 dəqiqə azan oxunanda heç bir problem olmamalıdır. Almaniyanın bir çox şəhərlərində də belədir. Məscidlər xəstəxana və ya klinikaların yaxınlığında tikilmir. Eyni şey kilsə zənglərinə də aid edilməlidir. Amma azanı tənqid edənlərin kilsə zənglərinə münasibəti fərqlidir.

Çoxları müəzzinin çağırışına zidd olaraq kilsə zənglərinin Almaniyanın mədəni irsinin bir hissəsi olduğunu iddia edir. Bu iddia, Almaniya konstitusiyasına görə dini icmalar arasında heç bir fərqin olmaması ilə uzlaşmır. Bundan əlavə, Almaniyada da müsəlmanların dini infrastrukturu yaradılmalı və onların da dini ayinlərini yerinə yetirmək hüququ olmalıdır.

Digərləri inanırlar ki, kilsə zənginin əksinə olaraq, azan İslam ölkələrinin siyasi mesajını verir. Onlar “Allah Əkbər” ifadəsini dini və xüsusi mesaj hesab edirlər. Çünki Osmanlı imperiyasının Avropaya doğru irəliləməsi zamanı bəzi əsgərlər bu ifadəni işlədirdilər. Lakin bu ifadə heç bir siyasi mesaj ehtiva etmir və yalnız Uca Allahın böyüklüyünü vurğulayır.

Bir qrup ifratçı sağçı da iddia edir ki, almanların əksəriyyəti azana qarşıdır. Belə bir iddia doğru olsa belə, qanuna əsasən, onun heç bir hüquqi yeri yoxdur. Əslində, hüquq-mühafizə orqanlarının əməkdaşları onu həyata keçirmək və azlıq qruplarını dəstəkləmək üçün məsuliyyət daşıyırlar. Beləliklə, çoxluq qrupu azlıq qrupunun fundamental hüququnu poza bilməz.

Digər bir qrup sağçı isə azan qəbul etməklə cəmiyyətdəki siyasi İslam nümayəndələrinin güc qazanacağını iddia edib. Halbuki belə iddialar yalnız müsəlmanlara qarşı düşmənçilik əsasında irəli sürülür. Azanın yayımlanmasının siyasi İslamla heç bir əlaqəsi yoxdur. Əslində ifrat sağçılar yalan yaymaqla azanı dayandırmağa çalışırlar.

Təəssüflər olsun ki, Almaniyada anti-islam qrupları ictimai rəyi hərəkətə gətirməyə və məscidlərdən azan oxunmasının qarşısını almağa çalışırlar. Bu baş verərsə, Almaniyada qanunun aliliyi təhlükə altına düşəcək. Əslində, Almaniya hökuməti alman cəmiyyətində müxtəlif dini və etnik qruplar arasında dinc yaşayışın olmasını istəyirsə, o, azlıq qruplarının hüquqlarına hörmət etməlidir. İfratçı qrupların yalanlarının qarşısını almalıdır.”/iqna