Alman alimləri insanlara ürək transplantasiyası üçün nəzərdə tutulmuş GMO donuz cinsi yetişdirəcəklər

Alman alimləri insanlara ürək transplantasiyası üçün nəzərdə tutulmuş GMO donuz cinsi yetişdirəcəklər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Alman alimləri xüsusi cins donuzlar yetişdirəcəklər və onların ürəkləri transplantasiyaya ehtiyac duyan insanlar üçün nəzərdə tutulacaq. Alimlər elmi məqsədlər üçün Oklend adasında mövcud olan donuz cinsindən istifadə etməyi planlaşdırırlar. Alimlər ilk növbədə həmin cins donuzu klonlaşdıracaqlar və klonlaşdırılmış donuzların əsasında xüsusi GMO (genetik modifikasiya edilmiş orqanizm) donuz növünü yetişdirəcəklər. Bu cür donuzlar hansısa səbəblərdən insan ürəyinin transplantasiyasını əldə edə bilməyən şəxslər üçün donor rolunda çıxış edəcəklər. Məlumatda qeyd edilib ki, yeni cins donuzların 2025-ci ilə kimi yetişdirilməsi planlaşdırılır. Məlumata əsasən alimlər hələ də effektiv olmayan klonlaşdırılma texnologiyasından istifadə edəcəklər və nəticədə klonlaşdırılmış donuzlar əsasında GMO donuz nəsli yetişdiriləcək.

    İlk GMO donuz nəsli artıq bu il dünyaya gəlməlidir. Onların ürəkləri babuinlərə transplantasiya edilərək təcrübədən keçiriləcək. Alimlər 2-3 ildən sonra yeni cins donuzların ürəklərinin insanlar üzərində testlərinə start verməyi planlaşdırırlar. Qeyd etmək lazımdır ki, ksenotransplantasiyası (bir bioloji növün orqanizmindəki orqanların, toxumaların və ya orqanoidlərin (süni şəkildə yetişdirilmiş orqanlar) digər bioloji növün orqanizminə transplantasiyası) sahəsi yeni bir sahə deyil və dünyanın müxtəlif ölkələrindən olan alimlər bu sahədə araşdırmalar aparırlar. Lakin bu sahəyə qarşı çıxan insanlar da var.

Almaniyanın Heyvanların Mühafizəsi Assosiasiyası təmsilçisi bildirib ki, bu cür təcrübə etik normalar cəhətdən şübhəlidir. “Heyvanlar insanlara insanlar üçün ehtiyat hissə kimi xidmət etməməlidir. Ev heyvanı, təsərrüfat heyvanı, klonlaşdırılmış və ya təbiətdə təbii üsul ilə dünyaya gəlmiş digər hər hansı heyvan eyni ehtiyaclara, qorxulara və hətta hüquqlara sahibdir” – deyə təmsilçi qeyd edib. Qeyd etmək lazımdır ki, keçən ayın əvvəlində amerikalı alimlər dünyada ilk dəfə GMO donuz ürəyinin insana transplantasiyasını reallaşdırmışdılar. Daha sonra məlum oldu ki, həmin əməliyyatın uğurla nəticələnməsində əsas rolu narkotik vasitə oynayıb./technote