Alimlərdən xəbərdarlıq: Yerdəki su dövranı kəskin şəkildə dəyişir

Alimlərdən xəbərdarlıq: Yerdəki su dövranı kəskin şəkildə dəyişir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İqlim dəyişikliyi səbəbindən planetdə suyun dövranı dəyişib və bu, Yer kürəsinin müxtəlif bölgələrində yaşayan insanlar üçün əsl fəlakət ola bilər.

Su dövranında dəyişikliklər əvvəlkindən daha sürətli baş verir. Avstraliyalı alimlərin yeni araşdırması sübut edir ki, yaxın gələcəkdə Yer kürəsinin bəzi bölgələri daha da quraqlaşacaq, digərləri isə əksinə, bol yağışdan əziyyət çəkəcək. Həmçinin, belə bir dəyişiklik planetdəki bir çox insanın şirin su əldə etmək imkanlarını məhdudlaşdıracaq.

Alimlərin fikrincə, istixana qazlarının atmosferə atılması dayandırılmasa, suyun dövranı tanınmaz dərəcədə dəyişəcək./oxu