Alimlər Yer kürəsində həyatın nə zaman mümkün olmayacağını açıqlayıblar

Alimlər Yer kürəsində həyatın nə zaman mümkün olmayacağını açıqlayıblar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Beynəlxalq alimlər komandası neçə ildən sonra Yer kürəsində həyatın mümkün olmayacağını və bunun hansı səbəbə görə baş verəcəyini öyrənib. Kanadadan və Böyük Britaniyadan olan alimlər bu məsələ ilə bağlı tədqiqat aparıblar və həmin tədqiqatın nəticələrinə əsasən iqlim dəyişiklikləri səbəbilə artıq 500 ildən sonra Yer kürəsi həyat üçün münbit şəraitə sahib olmayacaq. Həmin vaxta kimi insan sivilizasiyası faktiki olaraq məhv olma astanasında olacaq. Bu, gələcəyin mümkün ssenarilərindən biridir. Ümumilikdə alimlər 3 potensial vəziyyəti modelləşdiriblər. Ən pis halda qlobal istiləşmə, qida məhsullarının çatışmazlığı və münbit torpağın olmama səbəbləri nəticəsində 2500-cü ilə kimi Yer kürəsinin bəzi regionlarında yaşamaq mümkün olmayacaq.

Elmi tədqiqatlar əsasında hazırlanmış çoxlu sayda hesabat var və həmin heabatlarda iqlim dəyişikliyinin uzunmüddətli nəticələri qeyd edilib. Tərtib edilmiş hesabatlarda parnik qazlarının səviyyələrinin, temperaturun və dəniz səviyyəsinin yüksəlməsinin 2100-cü ilə kimi Yer kürəsinə necə təsir edəcəyi qiymətləndirilib. Məsələn bu məlumatlar əsasında iqlim dəyişikliyi üzrə Paris sazişi tərtib edilib. Bu sazişə əsasən əsrin sonuna kimi qlobal istiləşmə səviyyəsini 2 dərəcə Selsidən aşağı göstəricidə məhdudlaşdırmaq lazımdır. Yeni tədqiqatda alimlər daha da irəli gediblər və çoxlu sayda göstəricini qarşılaşdıraraq 2500-cü ilə kimi Yer kürəsində vəziyyətin necə olacağı barəsində danışıblar. Alimlər qlobal iqlim modelinin proqnozlarını atmosferdə mövcud olan parnik qazları konsentrasiyalarının xarakterik traektoriyaları əsasında tərtib ediblər./technote