Alimlər: 'Yer kürəsində altıncı kütləvi məhv olma prosesi artıq işə düşüb'

Alimlər: ‘Yer kürəsində altıncı kütləvi məhv olma prosesi artıq işə düşüb’

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

    Bioloqlar öz yeni tədqiqatlarında bildiriblər ki, Yer kürəsində növbəti kütləvi məhv olma prosesi işə düşüb. Lakin bu fikir ilə heç də bütün alimlər razı deyillər. Havay Universitetinin alimlərinin aparmış olduqları tədqiqatlara əsasən canlıların altıncı kütləvi məhv olma prosesi artıq işə düşüb. Yer kürəsindəki heyvanların bioloji müxtəlifliyinin kəskin şəkildə azalması buna işarə edir. Lakin digər alimlər bu cür fikir ilə razı deyillər. Havay Universitetinin alimlərinin fikirlərinə əsasən bunun əsas səbəbi ondadır ki, heyvanların məhv olmaları təhlükəsinin qiymətləndirilməsində yalnız məməlilər və quşlar nəzərə alınır. Bu halda onurğasızlar sinifinə daxil olan heyvanlar kənarda qalırlar. Havay Universitetinin alimləri bildiriblər ki, Yer kürəsindəki heyvanların bioloji müxtəlifliyinin kəskin şəkildə aşağı düşməsi altıncı kütləvi məhv olma prosesinin işə düşməsinə işarə edir.

“Bir çox növün məhv olması və əksər heyvan ilə bitki saylarının azalması artıq çox yaxşı məlumdur. Lakin bəzi alimlər bunun altıncı kütləvi məhv olma prosesinə işarə etməsi fikri ilə razı deyillər. Çünki problemlərin qiymətləndirilməsi zamanı əsas diqqət məməlilərə və quşlara ayrılır. Planetdəki əsas bioloji müxtəlifliyi təqdim edən onurğasızlar sinifi isə nəticədə diqqətsiz qalır” – deyə alimlərdən biri qeyd edib.

    Alimlər qeyd ediblər ki, hətta Beynəlxalq hətta Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) yox olan növlər siyahısında mütəxəssislər əsas diqqəti məməlilərə, quşlara və amfibiyalara ayırırlar. 1500-cü ildən başlayaraq Yer kürəsində məlum olan məməli və quş növlərinin 1.5%-i məhv olub və IUCN-ın hesablamalarına əsasən bu, kütləvi məhv olma hadisələri arasında növlərin adi məhv olma sürətləridir. Lakin alimlərin sözlərinə əsasən onurğasızlar sinifinə daxil olan növlərin hansı sayda məhv olmalarına nəzər yetirəndə vəziyyət daha pis görünür. Alimlərin sözlərinə əsasən IUCN məhv olma təhlükəsinin qiymətləndirilməsi zamanı bioloji müxtəlifliyin böyük hissəsini nəzərə almır. Məsələn onurğasızlar sinifinə planetdəki əksər heyvan növləri daxildirlər. Bəzilərinin fikirlərinə əsasən bu göstərici 97% təşkil edir.

Onurğasızlar sinifinə daxil olan növlərin hansı sayda məhv olduqları nəzərə alınmaqla belə bir nəticəyə gəlmək olar ki, 1500-cü ildən başlayaraq məlum olan bütün heyvan və bitkilərin 7.5-13%-i məhv olub.

    Öz yeni tədqiqatlarında alimlər məhz bu cür qənaətə gəlib çıxıblar. Havay Universitetinin alimləri bildiriblər ki, Yer kürəsinin bioloji müxtəlifliyini əhatə edən bütün növləri xilas etmək mümkün olmayacaq. Lakin məhv olmaqda olan əsas növlərə daha çox diqqət ayrılsa, onları gələcək nəsillər üçün qorumaq mümkün olacaq. Son 54 milyon il ərzində Yer kürəsində 5 dəfə kütləvi məhv olma və 20 dəfə daha kiçik miqyaslı məhv olma baş verib. Yer kürəsində sonuncu hesab edilən 5-ci məhv olma prosesi təqribi olaraq 65 milyon il bundan öncə baş verib. Həmin vaxtda dinozavrlar məhv omuşdular. Ən böyük miqyasda baş vermiş kütləvi məhv olma prosesi isə 250 milyon il bundan öncə baş vermiş məhv olma hesab edilir. Həmin vaxtda bütün canlı növlərin 90%-i məhv olmuşdu.