Alimlər yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər aşkar ediblər

Alimlər yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər aşkar ediblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Aparılmış yeni tədqiqat çərçivəsində insan ciftində və hətta yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər (plastik materialların kiçik hissəcikləri) aşkar edilib. Aparılmış tədqiqatın nəticəsi onu göstərir ki, uşaqların mikroplastikləri udmalarının qarşısını almaq demək olar mümkün deyil. Bu prosesin hələ onların ana bətnində olduqları bir vaxtda baş verdiyini nəzərə alsaq, mövcud problemin ciddiliyini anlamaq elə də çətin olmaz. Alimlərin fikirlərinə əsasən mikroplastiklər böyüklərdən daha çox uşaqlar üçün ciddi təhlükə mənbəyi daşıyırlar.

    “Ola bilsin ki, uşaqlar böyüklərdən fərqli olaraq mikroplastiklərin təsirlərinə daha çox məruz qalırlar. Heç kim uşaqların hansı miqdarda mikroplastikləri udduqlarını söyləyə bilməz. Lakin aparılmış bir neçə tədqiqat nəticəsində məlum olub ki, uşaqlar mikroplastikləri hələ ana bətnində olduqları zaman udmağa başlayırlar. Bu isə çox narahatedici məsələdir” – deyə mütəxəssislər qeyd ediblər. Aparılmış tədqiqatın nəticəsi dünyada yayılan mikroplastiklərin miqyasını və onların daşıdıqları potensial təhlükəni təsdiqləyir. Mikroplastiklərin uşaqların sağlamlıqlarına necə təsir göstərdikləri barəsində hələ yetəri qədər araşdırma aparılmayıb.

“Balaca uşaqlarda immun sistemi inkişaf mərhələsində olur. Bundan əlavə olaraq balaca uşaqlar beynin inkişafı üzrə vacib mərhələdə olurlar. Məhz bu faktorlar uşaqları bir çox şeyə qarşı həssas edirlər” – deyə mütəxəssislər əlavə ediblər. Mütəxəssislər ümid edirlər ki, onların aparmış olduqları tədqiqatların nəticələri həkimlərə, alimlərə və valideynlərə müasir uşaqların mikroplastiklərdən necə qorunmaları üsullarını tapmaqda yardımçı olacaqlar. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, bu riskdən tamamilə yayınmaq mümkün deyil. Ev tozunda və qida məhsullarında mövcud olan mikroplastiklər də daxil olmaqla bir çox faktor bu cür qorunmanı mümkünsüz edir. Buna baxmayaraq bəzi tədbirlərin görülməsində fayda var. Mütəxəssislər valideynlərə plastik materiallarla qarşılıqlı əlaqədə olan qida məhsullarını öz övladları üçün məhdudlaşdırmağı və evlərdə daimi şəkildə nəm təmizləmə aparmağı məsləhət görürlər./technote