Alimlər: 'Yaxın gələcəkdə Yer kürəsində kommunikasiya böhranı yaşana bilər'

Alimlər: ‘Yaxın gələcəkdə Yer kürəsində kommunikasiya böhranı yaşana bilər’

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kaliforniya Universitetinin mütəxəssislərinin fikirlərinə əsasən irimiqyaslı Günəş fırtınası (Geomaqnit fırtına) bütün dünya üzrə internet kommunikasiyalarının uzun müddət ərzində sıradan çıxmalarına səbəb ola bilər. Məlumatda qeyd edilib ki, bu, hamımızın öyrəşdiyi qısa kəsilmələr olmayacaq. Belə ki, ciddi Günəş fırtınası səbəbilə insanlar aylarla internet bağlantısız qala bilərlər. İnternet bir neçə onillik bundan öncə ixtira edilib. Vəziyyət elə gətirdi ki, həmin zaman kəsiyi minimal Günəş aktivliyi dövrü ilə üst-üstə düşdü. Lakin Günəş dövrü müxtəlif keçid fazalarına sahibdir. Onların bəziləri Yer kürəsində geomaqnit fırtınalarına səbəb olan Günəş fırtınaları ilə üst-üstə düşür.

 

Bunun baş verdiyi zaman Günəş kosmosa böyük həcmdə yüklənmiş hissəciklər ifraz edir. Yüklənmiş hissəciklərin daha böyük həcmi planetdəki elektron cihazların sıradan çıxmalarına səbəb ola bilər. Böyük olmayan Günəş fırtınaları daimi şəkildə baş verirlər. Onlar vaxtaşırı planetdəki elektrik sistemlərinin işlərinə, quşların və digər heyvanların miqrasiyalarına və bəzən qısa dalğalı rabitə ilə naviqasiya sistemlərinə təsir göstərirlər. Lakin hər 100 ildə bir dəfə daha güclü Günəş fırtınaları da baş verir. Mütəxəssislərin sözlərinə əsasən son 100 ildə buna bənzər Günəş fırtınası müşahidə edilməyib.

 

Buna görə də yaxın gələcəkdə daha ciddi Günəş fırtınasının baş vermə ehtimalı hər il artır. Məlumatda qeyd edilib ki, bu cür Günəş fırtınasından sualtı naqillər zərər çəkə bilərlər. Belə ki, bütün dünyada şəbəkə əlaqələrini təmin edən naqillər məhz onlardır. Alimlər qeyd ediblər ki, Günəş aktivliyinin daha aşağı dövrü artıq sona çatır. Günəş öz dövrünün daha aktiv fazasına daxil olandan sonra Günəş fırtınalarının gücü getdikcə artacaq. Buna görə də mütəxəssislər elektrik cihazlarla bağlı ola biləcək nasazlıqların qarşısını almaq üçün artıq indidən həll üsullarını fikirləşməlidirlər./technote