Alimlər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirə biliblər (VİDEO)

Alimlər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirə biliblər (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Müxtəlif növ souslarının istehsalçısı olan Heinz şirkəti Florida Tenxologiya İnstitutunun tədqiqatçılarının xüsusi layihəsini maliyyələşdirib. Sözügedən xüsusi layihə çərçivəsində mütəxəssislər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirməyə çalışıblar. Nəticədə məlum olub ki, gələcəkdə Marsa yollanacaq astronavtlar pomidor yetişdirə və ketçup istehsal edə bilərlər. İrimiqyaslı Mars missiyasının əsas problemlərindən biri də logistikadır. Əgər astronavtlar yanacaqoksigensuehtiyat hissələri və qidanı özləri ilə aparmağı qərara alsalar, deməli Marsa çoxlu sayda kosmik yük gəmisi yollanmalıdır. Bu isə öz növbəsində külli miqdarda xərc deməkdir. Xərcləri aşağı salmaq üçün mütəxəssislər Mars resurslarından istifadə etməyi planlaşdırırlar. Buna misal olaraq qida məhsullarının Mars torpağında yetişdirilməsini gətirmək olar.

    “The Martian” filmində baş qəhrəman Marsdakı istixanada kartof yetişdirirdi. Lakin Heinz şirkəti gələcək Mars astronavtlarını pomidor və ketçup ilə təmin etmək niyyətindədir. Reklam məqsədilə şirkət Heinz Mars Edition adlı ketçupu təqdim edib. Sözügedən ketçup Mars şəraitinə yaxın olan şərtlər çərçivəsində becərilmiş pomidorlardan hazırlanıb. Şirkətin alimlər ilə 2 illik əməkdaşlığı çərçivəsində “Red House” adlı istixana yaradılıb. Həmin istixanada alimlər Heinz şirkətinin toxum kataloqundan seçilmiş 30 kol pomidor yetişdiriblər. Alimlər ilk növbədə toxumları Mars torpağına bənzər 3.5 ton torpağa basdırıblar. Bunun üçün nəzərdə tutulmuş torpaq Mohave səhrasından əldə olunub. Daha sonra toxumlar qırmızı diod işıqları vasitəsilə işıqlandırılıblar. İstixanadakı atmosfertemperatur və sulandırma rejimi Marsda ola biləcək istixana şərtləri ilə eyni olub.

Təcrübənin ilkin mərhələsində 30 kol bitki iştirak edib. İkinci mərhələdə isə alimlər 450 ədəd kolu ayrı-ayrı vedrələrə yerləşdiriblər və 2000 saat ərzində onların böyümələrini müşahidə ediblər. Nəticədə onlar yüzlərlə pomidor yığa biliblər. Lakin alimlər qeyd ediblər ki, ikinci mərhələdə olmuş məhsuldarlıq birinci mərhələdəki məhsuldarlıqdan daha pis olub. Bu isə o deməkdir ki, pomidorları ayrı-ayrı vedrələr əvəzinə torpaq çalalarından ibarət sıralarda yetişdirmək lazımdır. Bu, bitkilərə öz aralarında mikrob mübadiləsini aparmağa və bitkilərə xas olan xəstəlikləri azaltmağa imkan verir. Nəticədə alimlər tərəfindən yetişdirilmiş pomidorlardan məhdud sayda ketçup istehsal edilib və həmin ketçup xüsusi istehsal edilmiş kosmik butulkalara doldurulub. Onlardan birini isə 37 km yüksəkliyə göndərərək -74 dərəcə Selsi temperatura kimi dondurublar./technote