Alimlər: 'Dünyanın bütün rəqəmsal məlumatlarını DNT-dən ibarət bir fincana yerləşdirmək mümkündür'

Alimlər: ‘Dünyanın bütün rəqəmsal məlumatlarını DNT-dən ibarət bir fincana yerləşdirmək mümkündür’

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları növbəti dəfə məlumatların DNT-yə yazılmasının və daha sonra həmin məlumatların DNT-dən çıxarılmasının mümkünlüyünü sübut ediblər. Belə ki, tədqiqatçılar silisium dioksidin 6 mikrometr ölçüsündə olan hissəciyində saxlanılmış 20 ədəd fotonu əldə edə biliblər. Alimlər DNT-də məlumatların yüksək sıxlıqla saxlanılmasını qeyd ediblər. Hal hazırda bu yeni texnologiya hələ ki, ilkin inkişaf mərhələsindədir.

    Lakin bu sahədə ilkin nəticələr artıq var. Yeni təcrübə çərçivəsində alimlər DNT-nin qısa ardıcıllıqlarını fayl məzmunlu etiketlər qismində istifadə ediblər. Bu isə öz növbəsində silisium dioksidin 6 mikrometr ölçüsün olan hissəciyində yerləşmiş albomdan ayrı-ayrı fotoların çıxarılmasını mümkün edib. Məlumatda qeyd edilib ki, hər gün rəqəmsal məlumatların həcmi 2.5 milyon GB artır. Bütün internet isə ümumilikdə 10 trilyon GB həcmdə olan rəqəmsal məlumatdan ibarətdir.

   Bütün bunlar çoxlu sayda saxlanma yerləri və infrastrukturun çalışma vəziyyətini saxlamaq üçün çoxlu enerji miqdarı ilə vəsaitlər tələb edirlər. Bir çox alim əmindir ki, gələcəkdə bütün bu filmləri, musiqiləri, mətnləri və fotoları DNT-dən ibarət bir fincanda saxlamaq mümkün olacaq. Aparılmış yeni tədqiqatı qeyri-adi hesab etmək olmaz. Belə ki, məlumatların DNT-də yüksək sıxlıqla saxlanılması üzrə sübutlardan daha çox həmin məlumatların DNT-dən çıxarılması imkanı üzrə əldə olunan nəticələr önəmlidir.

technote