Alimlər 175 “danışan” balıq növü tapıblar

Alimlər 175 “danışan” balıq növü tapıblar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Kornel Universitetinin tədqiqatçıları “danışa bilən” 175 növ balıq müəyyən ediblər.

Məlum olub ki, onlar öz aralarında müxtəlif səslərin köməyi ilə ünsiyyət qururlar. Bu barədə məqalə “Ichthyology&Herpetology” elmi jurnalında dərc olunub.

Mütəxəssislər şüa qanadlı balıqların davranışını müşahidə ediblər. Bu, onlara çox maraqlı nəticələr çıxarmağa imkan verib.

Alimlər, həmçinin balıqların fərqli növləri daxilində səsdən istifadənin çox qədim zamanlardan bəri, milyonlarla il ərzində saysız-hesabsız təkamül mərhələlərindən keçərək meydana çıxdığını müəyyən edə biliblər.

Mənbə: newvesti.info