ALƏMLƏRƏ RƏHMƏT MÖVZUSUNDA  VEBİNAR TƏŞKİL OLUNUB

ALƏMLƏRƏ RƏHMƏT MÖVZUSUNDA VEBİNAR TƏŞKİL OLUNUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu tarixi gün, “Məbəs” bayramı münasibəti  ilə vebinar (onlayn seminar) təşkil olunub.

“Aləmlərə rəhmət” başlığı altda keçirilən vebinarda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Azərbaycandan tanınmış ruhani Hacı Ramil Bədəlov, Türkiyədən isə dəyərli din alimi Hasan Kanaatlı və İran İslam Respublikasından “Əlmustafa” Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Həsən Yusifzadə çıxış edib.

Onlayn şəkildə 150-yə yaxın izləyicilərin qatıldığı vebinar Məşədi Vidadinin Qurandan bir neçə ayə tilavət etməsi ilə başlayıb.  Sonra çıxış edənlər Hz. Məhəmməd peyğəmbərə Qurani-Kərimdə aid edilən “Aləmlərə rəhmət” xüsusiyyətinin anlamı, Peyğəmbərin (s) rəhmət olmasının keyfiyyətcə sahələri,  kəmiyyətcə əhatəsi və Peyğəmbərimizn Qurani-Kərimdə vəsf olunan digər fəzilətləri haqqında geniş danışılıb.