“Ağıllı” televizorlar evin içini belə izləyirmiş – İTTİHAM

“Ağıllı” televizorlar evin içini belə izləyirmiş – İTTİHAM

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çinin “Skyworth” televizor istehsalçısı istifadəçilərə qarşı casusluq etməkdə ittiham edilib.

“SecurityLab” resursu bu haqda bildirib ki, “ağıllı” televizor hər 10 dəqiqədən bir “Wi-Fi” şəbəkəsinə qoşulan digər qurğuları axtarmaq məqsədilə otağı skan edib.

Casusluq aktivliyi “Skyworth” televizorunun istifadəçiləri tərəfindən aşkarlanıb. Tədqiqatçıların sözlərinə görə, bunun üçün televizorlara xüsusi “Gozen Data” proqram təminatı quraşdırılıb. O, “IP” və “MAC” ünvanlarını və şəbəkəyə qoşulmuş qurğuların adlarını toplayaraq onları “gz-data.com” platformasına ötürüb.

Şirkət məlumatların izlənmə üçün deyil, hədəfli reklam üçün istifadə edildiyini bildirsə də, ekspertlərin fikrincə, “Android Smart TV” əməliyyat sistemi Çin hökuməti tərəfindən kənd yerlərindəki insanların evlərini izləmək üçün xüsusi olaraq işlənib hazırlanıb.

“Skyworth” nümayəndələri bəyan edib ki, məlumatların toplanılması vətəndaşları izləmək üçün deyil, kommersiya məqsədləri üçün istifadə edilir. Həmçinin istifadəçilərdən məlumatların emalı üçün icazə alınır.

lent.az