Ağcaqanad dişləyəcəyi adamı NECƏ SEÇİR?

Ağcaqanad dişləyəcəyi adamı NECƏ SEÇİR?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Müəyyən qan qrupuna malik insanların ağcaqanadlar üçün daha cazibəli olması barədə söhbətlər əsassızdır.

Bunu Moskva Dövlət Universitetinin ümumi ekologiya və hidrobiologiya kafedrasının əməkdaşı Vadim Maryinski deyib.

Bioloq bildirib ki, ağcaqanadlar üçün tamamilə başqa parametrlər vacibdir.

“Onlar üçün insandan gələn iy və ayrılan hərarət vacibdir. Qanı müəyyən qrupa aid olan insanların ağcaqanadları daha çox cəlb etdiyinə dair çoxlu uydurma söhbətlər var. Əslində isə hər şey daha sadədir. Əgər insan çox tərləyirsə, ağcaqanadlar üçün onu tapmaq daha asandır”, – deyə Maryinski bildirib.

Bioloq onu da qeyd edib ki, ağcaqanadlar çox tərləyən insanlara “yapışırlar”, lakin bu o demək deyil ki, onlar digər insanları rahat buraxırlar.

“İnsanlar qrup şəklində, məsələn meşədə hərəkət edirsə, yaxud eyvanda oturub çay içirlərsə, ağcaqanadlar dəstəsi artıq insan qrupunu tapdıqdan sonra, onlar kimi dişləyib-dişləməməyi seçmirlər. Onların kimlərinsə qanına daha çox üstünlük verdiklərini istisna etmək olmaz, lakin əgər insanlar qrup şəklində bir yerdədirlərsə, ağcaqanadların qurban seçimində nəyə üstünlük vermələri aşkar müşahidə olunmur,” – deyə Maryinski bildirib.

publika.az