AĞBULAQDA 12-Cİ İMAMIN MÖVLUDU MÜNASİBƏTİ İLƏ TƏDBİR TƏŞKİL OLUNUB

AĞBULAQDA 12-Cİ İMAMIN MÖVLUDU MÜNASİBƏTİ İLƏ TƏDBİR TƏŞKİL OLUNUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Oxuinfo.com xəbər verir ki, bu gün Ağbulaq rayonunun Kosalar kəndində Hz. İmam Mehdinin (ə) təvəllüdü günü münasibəti ilə bayram tədbiri keçirilib.
Məscidin mərasim zalında keçirilən tədbirdə ruhanilər və kənd sakinləri iştirak edib. Tədbir Qurani-Kərimin tilavəti ilə açıq elan olunduqdan sonra zamananın imamı Hz. Mehdinin (ə) həyatı, məqamı və misiyası haqqında söhbətlər edilib, şeir və ilahilər söylənilib.
Ağbulaq rayonunu baş axundu Hacı Elşad Musayevin aparıcılığı ilə keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, Almustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Həsən Yusifzadə çıxış üçün kürsüyə dəvət olunublar.
Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Əhlibeyt məddahı Səid Həsən şeir və ilahilər səsləndirib.
Sonda iştirakçılarına poster və jurnallar hədiyyə olunub. Tədbir dua oxunmaqla sona çatıb.