Afrika qitəsinin ən qədim insan məzarı tapıldı

Afrika qitəsinin ən qədim insan məzarı tapıldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Arxeoloqlar Afrikadakı sahə qazıntısı əsnasında qitədəki ən qədim insan məzarını aşkar etdilər. Qazıntılarda tapılan sümüklərin təxminən 78 min il əvvəl dəfn edilmiş 3 yaşlı bir uşağa aid olduğu qeyd edildi.   

Oxuinfo.com ntv.com.tr-yə istinadla xəbər verir ki, detalları “Nature” jurnalında yayımlanan araşdırmada Keniyanın cənub-şərqindəki Panga ya Saidi mağarasında aparılan qazıntılarda tapılan sümüklərin təxminən 78.000 il əvvəl dəfn edilmiş 3 yaşlı bir uşağa aid olduğu qeyd edildi. .

Arxeoloqlar, 2013-cü ildə qazıntıdan sonra ilk hissələri aşkarlanan sümüklərin çox həssas bir vəziyyətdə olduğunu və sümüklərin zərər görmədən bölgədən çıxarılması üçün 4 ildən çox vaxt lazım olduğunu ifadə etdilər.

 

Afrika qitəsinin ən qədim insan məzarı tapıldı

Tamamlanmış analizlər nəticəsində ayaq sümüklərinin qarın boşluğuna tərəf yığılmış sağ tərəfi üstə uzanan vəziyyətdə tapılan və təxminən 78 min il əvvəl kəfənləndikdən sonra basdırıldığı təxmin edilən bir uşağa məxsus olduğu qənaətinə gəlinmişdir.

Əl alətləri ilə yanaşı, dəfn olunan uşağın cəsədinə də rast gələn tədqiqatçılar, uşağın dəfn edilməsinin bir inanc sistemini əks etdirdiyni və xüsusi bir ayin ilə dəfn edildiyini bildirdilər. Max Planck İnstitutunun professoru  Michael Petraglia “Bu, Afrikada tapılan ən qədim insan qəbridir” deyə qeyd etdi. Bu kəşfi “fövqəladə” olaraq izah etdiklərini vurğuladı.

Türkcədən çevirən: Ramil Qəhrəmanov