ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır: Həyat üçün potensial təhlükə yaradır

ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır: Həyat üçün potensial təhlükə yaradır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Amerikalı mütəxəssislər ölkənin “Johnson & Johnson” (J&J) şirkətinin yeni koronavirusa qarşı peyvəndinin istifadəsini məhdudlaşdırıblar.

Onlar preparatın istifadəsinin qanın laxtalanma riskini artıra biləcəyini müəyyən ediblər.

Peyvəndin fövqəladə hallar zamanı istifadəsi ilə bağlı bundan əvvəl verilmiş təsdiqinin mətni dəyişdirilib. Yeni təlimatlara əsasən, 18 yaşdan yuxarı amerikalılar ABŞ tərəfindən təsdiqlənmiş digər oxşar peyvəndlərə çıxışı olmayanda və ya tibbi səbəblərdən istifadə edə bilməyəndə bu peyvənddən istifadə etməlidirlər.

Mütəxəssislər müəyyən ediblər ki, J&J-nin dərmanını istifadə etdikdən sonra bir və ya iki həftə ərzində müəyyən şərtlər altında qan laxtalanması riski arta bilər ki, bu da “həyat üçün potensial təhlükə yaradır”. Belə halların çox nadir olduğu da bildirilib.

Mənbə: TASS