ABŞ İran barədə yeni bir etiraf səsləndirdi

ABŞ İran barədə yeni bir etiraf səsləndirdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İran İslam Respublikasının 1991-ci ilin noyabrından bu yana ilk dəfə ABŞ-a gündə 33 min barel neft ixrac etdiyi bildirilib.  

ABŞ Enerji Məlumat İdarəsi (EIA) Vaşinqton rəhbərliyinin Tehrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, son iki-üç ayda iki dəfə İrandan neft və kimyəvi maddələr aldığını etiraf edib.

ABŞ-ın 2020-ci ilin oktyabr ayında gündəlik 36 min, 2021-ci ilin martında isə gündəlik 33 min barel İran nefti idxal etdiyi təxmin edilir.   İran ABŞ-a sonuncu dəfə 1991-ci ilin noyabrında neft ixrac etmişdi.   2020-ci ilin oktyabrında ABŞ rəhbərliyi İranın Neft Nazirliyi daxil olmaqla ölkənin neft sektoruna istiqamətlənmiş yeni sanksiyalar tətbiq etməyə başlamışdı.

eastnews.org