ABŞ inflyasiya artımı ilə üzləşə bilər

ABŞ inflyasiya artımı ilə üzləşə bilər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Koronavirusun “Omikron” ştammının yayılması ABŞ-da inflyasiyaya təkan verməklə təhdid edir və bu, tədarük zəncirinin daha da pozulmasına və işçi çatışmazlığına səbəb olur.

Bu xəbərdarlığı Klivlend (Ohayo ştatı) federal ehtiyat bankının rəhbəri Loretta Mester edib.

Onun sözlərinə görə, “Omikron”un əvvəlki növlərdən daha təhlükəli olduğu ortaya çıxarsa, o, təchizat zənciri problemləri səbəbindən üzləşdiyimiz qiymət artımını gücləndirə bilər.

“Virus qorxusu hələ də insanların işə qayıtmasına mane olan amillərdən biridir”, – deyə ABŞ Federal Ehtiyat Sisteminin (FRS) birləşdirdiyi 12 bankdan birinin rəhbəri olan Mester bildirib./oxu