ABŞ hərbi kəşfiyyat tərəfindən dərc olunan sənəddə Gürcüstan barəsində də söhbət gedir

ABŞ hərbi kəşfiyyat tərəfindən dərc olunan sənəddə Gürcüstan barəsində də söhbət gedir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Müdafiə Departamentinin Kəşfiyyat Agentliyi qlobal təhlükələr barəsində 2021-ci ilin hesabatını hazırladı. “Bölgə problemləri və aşağı intensivli münaqişələr” barəsində söhbət gedən müddəalardan birində Gürcüsxtan da xatırlanıb.

Hesabatda qeyd olunur ki, Kremlin tələbləri ki, onun ən yaxın quru qonşuluğunda “təhlükəsizliyin əsas qarantoru” olaraq qalsın, yenə artmaqdadır. Buna baxmayaraq, təhlükəsizlik sektorunda Gürcüstan, Ukrayna və Azərbaycanın NATO və başqa xarici tərəfdarlarla əməkdaşlıq açıqca əks etdirir ki, rus “dominasiya cəhdlərə” çətin mühit yaranır.

Sənəd xüsusilə qeyd edir ki, 2008-ci ildən Rusiya Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, bu ölkənin 20 faizinin işğalı və beynəlxalq arenada Abxaziya və Sxinvali bölgələrinin “müstəqil dövlətlər” olaraq tanıması ilıə pozdu. Həmçinin, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində hərbi bazalarını qoruyub saxlayır və inzibati sərhəd boyunca rus hərbçilərini patrulluq üçün istifadə edir. Bundan başqa hesabatda qeyd olunub ki, rus tərəfi 2008-ci il atəşkəs barəsində imzalanmış müqavilə ilə nəzərdə tutulan öhdəlikləri inkar edir və hərbçiləri ərazidən çıxarmır.

1tv.ge