ABŞ-da snayper tüfəngli robot it yaradılıb

ABŞ-da snayper tüfəngli robot it yaradılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ Ordu Assosiyasiyasının illik konfransında snayper tüfəngi ilə silahlanmış döyüş it-robotunun prototipi təqdim edilib.

Bu barədə Fox News telekanalı xəbər verib.

Amerikanın “Ghost Robotics” şirkətinin dörd ayaqlı ixtirasının “xüsusi təyinatlı pilotsuz tüfəng” (SPUR, Special Purpose Unmanned Rifle) ilə təchiz olunduğu məlumdur. Şirkət robotu “ordunun ən yaxşı dostu” adlandırıb.

Tüfəng hazırlayan “SWORD International” şirkətinin veb saytında silahın dörd ayaqlı Ghost Robotics Vision-60 kimi pilotsuz platformalardan yüksək dəqiqliklə atəş açmaq üçün yaradıldığı bildirilib./trend